Namik Ələskərov: "Qarabağ" güclü rəqibdir, lakin biz çempion olduq"

Namik Ələskərov: "Qarabağ" güclü rəqibdir, lakin biz çempion olduq" "Neftçi" böyük futbol ailəsidir"
Futbol
20 May , 2021 17:32
Namik Ələskərov: Qarabağ güclü rəqibdir, lakin biz çempion olduq

"Sevincimin həddi-hüdudu yoxdur. Möhtəşəm hisslər keçirirəm. Çətin olanı bacardıq. Özümüzə inanırdıq".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Namik Ələskərov "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarının möhtəşəm oynadıqlarını bildirib: "Bütün "Neftçi"sevərlər illərdir bizdən bunu gözləyirdi. Onların həsrətini sona çatdırdığımız üçün çox sevincliyəm. Son ana kimi vuruşub, alnımızın təri ilə qələbə qazandıq. “Qarabağ” çox güclü rəqibdir, lakin biz çempion olduq".

Ələskərov 19 qolla çempionatın bombardiri olması haqqında da danışıb: "Bombardir olaraq “Neftçi”nin çempionluğunda pay sahibi olmuşamsa, bununla ancaq fəxr edə bilərəm. Bu uğura görə daha çox xoşbəxtəm. Sevincimdən nə danışacağımı bilmirəm. “Neftçi” böyük futbol ailəsidir. Komandada hər kəs əziyyət çəkərək layiq olduğumuz qələbəni qazandı. Azarkeşlərimiz illərdir bu məqamı gözləyirdi. Biz uğurumuzu onlara borcluyuq. Hər dəfə dərk edirdik ki, arxamızda böyük “Neftçi”sevərlər ordusu var. Bütün uğurlarımızı onlara həsr edirik”.

Son xəbərlər

Orphus sistemi