"Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov səfərdə "Denizlispor"a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.
Komandasının ikinci qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib: "Əsas məsələ uğurun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olacaq".
Qeyd edək ki, Namik Ələskərov mövsümün əvvəlində Bursa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.