Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
"Report" "timsahlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Tamer Tuna 2021-ci il dekabrın 23-də baş məşqçi təyin edilib. Bu, klubun cari mövsüm vidalaşdığı 4-cü mütəxəssis olub. Daha əvvəl Mustafa Er, Fatih Tekke və Özcan Bizati istefaya göndərilib.
Qeyd edək ki, "Bursaspor" 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Bursa təmsilçisi rəqiblərindən iki oyun az keçirib.