Namik Ələskərovun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Namik Ələskərovun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb Türkiyə Futbol Federasiyası (TFF) aşağı liqaların oyunlarını təxirə salıb.
Futbol
10 Mart , 2022 14:47
Namik Ələskərovun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Türkiyə Futbol Federasiyası (TFF) aşağı liqaların oyunlarını təxirə salıb.

"Report" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə həftəsonu üçün gözlənilən əlverişsiz hava şəraiti səbəb olub.

Qurum 11 - 14 martda təşkili planlaşdırılan I, II və III liqalardakı matçların 18 - 21 martda keçiriləcəyini açıqlayıb. Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" martın 14-də XXIII turda "Balıkesirspor"u qəbul etməli idi.

"Timsahlar" bu gün XXII turdan təxirə salınmış görüşdə "Eyüpspor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi