"Napoli" Xviça Kvaratsxeliyanın maaşını artırmağı düşünür

"Napoli" Xviça Kvaratsxeliyanın maaşını artırmağı düşünür İtaliyanın "Napoli" klubu Xviça Kvaratsxeliyanın maaşını illik 7 milyon avroya qaldırmağı düşünür.
Futbol
5 İyul , 2024 19:45
Napoli Xviça Kvaratsxeliyanın maaşını artırmağı düşünür

İtaliyanın "Napoli" klubu Xviça Kvaratsxeliyanın maaşını illik 7 milyon avroya qaldırmağı düşünür.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Gürcüstan millisinin üzvü müqavilə müddətini 5 ilə qədər uzadacağı təqdirdə, klub rəhbərliyi onun maaşını üç dəfədən çox artıracaq.

23 yaşlı oyunçunu transfer etmək üçün 110 milyon avro ödəməyə hazır olan Fransa təmsilçisi PSJ isə futbolçunun özünə illik 11 milyon avro maaş verməyə hazırdır. "Napoli" əsas futbolçularından biri olan Kvaratsxeliyanı itirmək istəmir.

Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ildən Neapol təmsilçisinin şərəfini qoruyur.

Son xəbərlər

Orphus sistemi