“Qarabağ” Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümündə ilk səfər məğlubiyyətini alıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, çempionatın sonuncu – XXVIII turuna təsadüf edib.
“Neftçi” ilə qarşılaşmada 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cari mövsüm rəqib meydanında uduzmayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda sonuncu dəfə 2019-cu il noyabrın 22-də “Sumqayıt”la səfər matçında məğlubiyyətlə üzləşib.
544 gün öncə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Son 17 səfər görüşündə uduzmayan “Qarabağ” bu müddətdə 9 qələbə qazanıb və 8 heç-heçə edib.