"Neftçi" avstraliyalı futbolçu Nikita Rukavitsanı heyətinə qatıb.
Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, 34 yaşlı hücumçu ilə razılıq əldə edilib.
Rukavitsanın avqustun 26-da və ya 27-də Bakıya gələcəyi gözlənilir.
Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan forvard ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.