"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov istefa verib.
"Report"un əldə etdiyi məlumata görə, 43 yaşlı mütəxəssis öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Məmmədov 2020-ci ilin yanvarından "ağ-qaralar"a başçılıq edirdi. Onunla 2020/2021 mövsümünün əvvəlində 2 illik yeni müqavilə imzalanmışdı.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzub. Hazırda flaqman 14 xalla 4-cü pillədə qərarlaşıb.