"Neftçi" futbolçususu Ramon Maçado ilə vidalaşıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.
"Ağ-qaralar" 27 yaşlı forvarda təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Ramon Maçado 2021-ci ilin sentyabrından “Neftçi"də çıxış edirdi. Paytaxt klubunda 28 oyun keçirən futbolçu 7 qol vurub.