Xaricdə təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün sonuncu yoxlama oyununu keçirəcək.
"Report"un məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu kollektiv Rusiyanın “Spartak” (Moskva) klubu ilə üz-üzə gələcək.
Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qarşılaşma "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli “Olimpiya” komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə 1:2 hesabı ilə uduzub.