“Neftçi” klubu futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq.
Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha 1 il müddətinə bu kluba icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.