"Neftçi"də koronavirus testlərinin nəticəsi bəlli olub.
Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, komandada yeni yoluxma aşkarlanıb.
Onun sözlərinə görə, braziliyalı müdafiəçi Rener Alvesin analizinin cavabı müsbət çıxıb. Futbolçu dərhal karantinə alınıb.
Əvəzində isə qapıçı Kamran İbrahimov xəstəlikdən sağalıb.
Qeyd edək ki, "Neftçi"də hazırda Alvesdən başqa, Stiven Monroz və Bruno Teluşi də aktiv xəstədir.