“Neftçi” futbolçusu Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək flaqmanın formasını geyinəcək.
Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlayıb.