"Neftçi" hücumçusuna yeni müqavilə təklif etməyib

"Neftçi" hücumçusuna yeni müqavilə təklif etməyib "Neftçi" klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayıra bilər
Futbol
1 İyun , 2021 14:34
Neftçi hücumçusuna yeni müqavilə təklif etməyib

"Neftçi" klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayıra bilər.

26 yaşlı hücumçu "Report"a açıqlamasında müqaviləsinin bitdiyini və hələlik klubla danışığının olmadığını söyləyib.

Forvard bildirib ki, baş məşqçi Samir Abasovun yeni mövsüm üçün planlarına daxil olub-olmadığını bilmir və hazırda təkliflərə açıqdır: "Futbola "Neftçi"də başlamışam, bu komandada qalmaq istərdim, amma burada tək mənim istəyim yetərli deyil. "Neftçi"nin istəyib-istəməməsi də vacib məsələdir".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Mirabdulla Abbasov 2015-ci ildən əsas komandada çıxış edir. O, 2016-cı ildə Latviyanın "Dauqavpils", 2016/2017 mövsümündə "Sumqayıt", 2019-cu ildə isə "Səbail"ə icarəyə verilib.

Klub daha əvvəl Fəhmin Muradbəyli və Ömər Buludovla müqavilənin müddətini uzadıb.

Xatırladaq ki, flaqman mayın 19-da "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.

Son xəbərlər

Orphus sistemi