"Neftçi" icarədə olan futbolçusunu geri qaytarıb

"Neftçi" icarədə olan futbolçusunu geri qaytarıb Son iki mövsümü icarə əsasında "Keşlə" futbol klubunda (hazırkı "Şamax") keçirən Rəhman Hacıyev müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.
Futbol
22 İyun , 2022 19:53
Neftçi icarədə olan futbolçusunu geri qaytarıb

Son iki mövsümü icarə əsasında "Keşlə" futbol klubunda (hazırkı "Şamaxı") keçirən Rəhman Hacıyev müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.

"Report" "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi” ilə 2023/2024 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illərdə Bakı klubunun heyətində 166 oyuna çıxıb, 16 qol vurub.

Son xəbərlər

Orphus sistemi