Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 55-ci dəqiqədə Yusuf Laval vurub. Krivotsyuk qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Laval məhz Krivotsyukun səhvindən sonra topu rəqib qapısından keçirib.
Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2.