Premyer Liqa: "Neftçi" "Keşlə"yə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Keşlə"yə qalib gəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib
Futbol
19 Fevral , 2022 19:07
Premyer Liqa: Neftçi Keşləyə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında son çempion "Neftçi" "Keşlə"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin ilk qolunu 21-ci dəqiqədə Sezar Meza Kolli vurub. Bundan 4 dəqiqə sonra Voyislav Stankoviç fərqi iki topa çatdırıb. Ramin Nəsirli isə 44-cü dəqiqədə qonaqları növbəti dəfə cəzalandırıb.

"Keşlə"nin heyətində Felipe Santos 90+3-cü dəqiqədə fərqi azalda bilib.

"Neftçi" qələbə sayəsində xallarının sayını 25-ə çatdırıb və "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Keşlə" 14 xalla 6-cı sırada qalıb.

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Səbail"i 2:0 hesabı ilə üstələyib. XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi