"Neftçi" klubu futbolçusu Bruno Teluşi ilə yollarını ayırmağa qərara alıb.
"Report" "Newsport.al" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu müqaviləsi başa çatan 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşıb.
Buna baxmayaraq, albaniyalı oyunçu karyerasını Azərbaycanda davam etdirə bilər. Mövsümü 4-cü sıradan bitirən və avrokuboklar şansını qaçıran "Zirə" Teluşini heyətinə qatmaq istəyir.
Onun Albaniyadan da təklifləri olduğu yazılıb.
Qeyd edək ki, Bruno Teluşi 2020-ci il oktyabrın 20-də "Neftçi"yə keçib.