"Neftçi"nin futbolçuları cəzalı duruma düşdü

"Neftçi"nin futbolçuları cəzalı duruma düşdü "Neftçi" klubunun iki futbolçusu cəzalı duruma düşüb
Futbol
4 Aprel , 2021 19:31
Neftçinin futbolçuları cəzalı duruma düşdü

"Neftçi" klubunun iki futbolçusu cəzalı duruma düşüb.

"Report"un məlumatına görə, Namiq Ələsgərov və Mamadu Kane Premyer Liqanın XXI turunda "Sumqayıt"a uduzduqları matçda sarı vərəqə alıblar.

Bu, hər iki yarımmüdafiəçinin 4-cü xəbərdarlığı olub. Onlar Premyer Liqanın XXII turunda "Qəbələ" ilə səfər matçını buraxacaqlar.

Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Aprelin 10-da keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi