"Neftçi"nin baş məşqçisi: "Heyətimiz Çempionlar Liqası üçün yetərli deyil"

"Neftçi"nin baş məşqçisi: "Heyətimiz Çempionlar Liqası üçün yetərli deyil" "Çempionat ərzində çox danışmışıq. Bu gün sözlər tükənib. "Neftçi" ailəsini təbrik edirəm. Azarkeşlərin inamları möhtəşəm idi. Bu gün oyuna gəlməmişdən bazaya yollandılar".
Futbol
19 May , 2021 23:22
Neftçinin baş məşqçisi: Heyətimiz Çempionlar Liqası üçün yetərli deyil
Samir Abasov

"Çempionat ərzində çox danışmışıq. Bu gün sözlər tükənib. "Neftçi" ailəsini təbrik edirəm. Azarkeşlərin inamları möhtəşəm idi. Bu gün oyuna gəlməmişdən bazaya yollandılar".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

O, qələbəni ehtiyatlı oyunla əldə etdiklərini diqqətə çatdırıb: "Komandalar bir-birindən ehtiyatlanırdı. Onlarla açıq futbol oynayası deyildik. Bir az ehtiyatlı oynayırdıq və bu səbəbdən oyun sönük keçə bilər. Həddindən artıq inamım çox idi. Digər oyunlardan daha çox aqressiv idim. Əsas olan odur ki, qələbə qazandıq".

43 yaşlı mütəxəssis çempionluqda hamının rolunun olduğunu vurğulayıb: "Komandanı yeni qurmuşuq, amma düzgün yoldayıq. Oyunumuz bəzi adamların xoşuna gəlməyə bilər. Gözdə görünən futbolçular və məşqçilərdir. Klubun bütün əməkdaşlarının çempionluqda əməyi var. Sağ olsunlar. Adlarını bəlkə də çəkə bilmirəm. Amma ürəyimizdə onlar qarşı sevgi tükənməzdir. Futbolçuların ailələrinə təşəkkür edirəm. Bu gün elə gündür ki, mən tamadalıq etməliyəm".

Abasov böyük komandaya qalib gəldiklərini vurğulayıb: ""Qarabağ" nümunəvi klubdur. Biz illərdir qurulmuş bu cür strukturu yendik. Bu uğuru davam etdirməliyik. Burada Samir - Qurban rəqabətindən yox, klubların arasında olan rəqabətdən söhbət gedir. "Neftçi" Samir Abasovdan üstündür. Bütün komandalara avrokuboklarda uğurlar arzulayıram. Bütün "Qarabağ"a camiasinə qurduqları işə və bugünkü oyun görə təşəkkür edirəm. Amma bu ilin komandası biz idik".

O, "Qarabağ"ın penalti tələb etdiyi mübahisəli epizodlar barədə isə bunları deyib: "Bu gün öz qalibiyyətimizə kölgə salmaq istəmirəm. Verilməyən penalti epizodlarını tam incələməmişəm. Xaymenin epizdounda yox idi, amma yanıla da bilərəm".

Abasov çempionluqda öz rolu qədər futbolçuların da əməyini qeyd edib: "Ölmüş komandanı götürüb nələrsə, etmək çətindir. Yarı işi mən gördümsə, yarısını oyunçular etdi. Onlar ruhən ölmüşdülər. 0:6 hesabı ilə uduzan komanda idi. Məndən əvvəlki baş məşqçinin də çempionluqda payı var. Biz son 5 matçı səfərdə keçirdik. Ona görə futbolçular çətin sınaqdan çıxdılar".

Baş məşqçi transfer çalışmalarına başlamalarının gərəkliyini də diqqətə çatdırıb: "Məşqçilər olaraq transfer məsələlərini öz aramızda danışmışıq. Rəhbərliklə söhbət etməmişik. Ümumi yolu onlar müəyyən edəcək. Onlar da sevinirlər. 2-3 gündən sonra transferlrəi düşünəcəyik. Heyətimiz Çempionlar Liqası üçün yetərli deyil. Azərbaycan üçün hər şeyi edəcəyik".

Son xəbərlər

Orphus sistemi