"Oyun haqqında danışmaq hazırkı durumda çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Futbolçuları oyuna kökləmək çətin olur. Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuza qüvvət versin. Qarşıda daha yaxşı qələbə xəbərləri eşidəcəyimizə ümid edirəm və eşidirik. Matç çətin oldu. Rəqibi analiz etmişdik. Futbolçular tapşırıqların öhdəsindən gəldilər. Onlar meydanda döyüşdülər".
"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VI turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Rener Alvesə şans verməməsi barədə bunları bildirib: "Mert Çetinin oyun praktikası daha çox olduğu üçün ona şans verdik. Rener Alvesin çempionata və komandaya uyğunlaşmasına vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq. Mert Çelikin oyun praktikası yerindədir. Azərbaycanın U-21 yığmasında daim oynayır".
"Neftçi"nin baş məşqçisi: "Bütün Azərbaycanın diqqəti cəbhədədir"
Futbol
18 Oktyabr , 2020
16:29
https://static.report.az/photo/c985d40a-2650-3fa4-8def-449f2da599d1.jpg
Füzuli Məmmədov