"Neftçi"də zədəsini bərpa edən hücumçudan koronavirus çıxdı

"Neftçi"də zədəsini bərpa edən hücumçudan koronavirus çıxdı "Neftçi"də koronavirusa yeni yoluxma halı aşkarlanıb.
Futbol
15 Dekabr , 2020 13:30
Neftçidə zədəsini bərpa edən hücumçudan koronavirus çıxdı
Stiven Monroz

"Neftçi"də koronavirusa yeni yoluxma halı aşkarlanıb.

"Report"un məlumatına görə, son olaraq, komandanın hücumçusu Stiven Monrozun infeksiyaya yoluxduğu üzə çıxıb.

Bundan başqa, aktiv xəstə olan Kamran İbrahimovun son testinin nəticəsi müsbət olub. Sabir Buqrin, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi davam edir.

Baş məşqçi Samir Abasov, köməkçiləri Vəfadar Quliyev və Seymur Rəhimov, müdafiəçilər Voislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik və Mamadu Mboc, həmçinin yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Asim Əlizadə isə koronavirusdan tam sağalıblar.

Qeyd edək ki, Stiven Monroz daha əvvəl zədədən əziyyət çəkirdi. Fransalı forvard axırıncı dəfə sentyabrın 11-də Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub. O, noyabrın sonlarında komanda ilə məşqlərə qoşulmuşdu.

Son xəbərlər

Orphus sistemi