"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.
Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.
O, 32 yaşlı yarımmüdafiəçinin məşqdə dizindən xəsarət aldığını bildirib. Mahmudov bu gün "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VIII turunun matçında iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu saat 19:30-da başlayacaq.