"Neftçi"nin futbolçusuna Serbiya yığmasının forması verildi

"Neftçi"nin futbolçusuna Serbiya yığmasının forması verildi 28 yaşlı seneqallı müdafiəçi sabiq komanda yoldaşı Marko Qruiç ilə görüşüb
Futbol
30 Mart , 2021 09:26
Neftçinin futbolçusuna Serbiya yığmasının forması verildi
Mamadu Mboc

"Neftçi" klubunun futbolçusu Mamadu Mboc 2022-ci il dünya çempionatının seçmə oyunu üçün Bakıda səfərdə olan Serbiya yığmasının düşərgəsini ziyarət edib.

"Report" xəbər verir ki, 28 yaşlı seneqallı müdafiəçi sabiq komanda yoldaşı Marko Qruiç ilə görüşüb.

İcarə əsasında Portuqaliyanın "Portu" klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi Mboca yığmadakı formasını hədiyyə edib.

Qeyd edək ki, Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın formasını geyinib. Marko Qruiç isə bu klubun yetirməsidir və 2013 - 2016-cı illərdə əsas komanda oynayıb. Serbiyalı oyunçu müqavilə İngiltərənin "Liverpul" klubuna məxsusdur.

Bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi