"Neftçi"nin hazırlıq planında dəyişiklik: 2 rəqib bilindi

"Neftçi"nin hazırlıq planında dəyişiklik: 2 rəqib bilindi “Neftçi”nin yeni mövsümə hazırlıq planında dəyişiklik olub.
Futbol
14 İyun , 2021 19:20
Neftçinin hazırlıq planında dəyişiklik: 2 rəqib bilindi

“Neftçi”nin yeni mövsümə hazırlıq planında dəyişiklik olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblərə görə flaqman Sloveniyaya ayın 18-də yola düşəcək. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanışda 4 yox, 3 yoxlama oyunu baş tutacaq.

"Ağ-qaralar" iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-dəki püşkatma mərasimində məlum olacaq.

Son xəbərlər

Orphus sistemi