"Neftçi"nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirə bilər.
"Report" "Kerkida" nəşrinə istinadən xəbər verir ki, "Apollon" (Limassol) klubu 29 yaşlı hücumçu ilə maraqlanır.
Baş məşqçi Konstantinos Makridis qanalı oyunçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Qodsvey Donyo ötən il "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.