"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovla yanaşı, idman direktoru Ceyhun Sultanov da istefaya göndərilib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki şəxs bununla bağlı rəhbərliyə müraciət edib. Onların istefa ərizəsi qəbul olunub.
"Neftçi” Sultanov və Məmmədova xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.