"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.
"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Premyer Liqanın XXVI tur matçında sıradan çıxıb. Kapitanın yerinə 80-ci dəqiqə meydana Vüsal Əsgərov daxil olub.
Beləliklə, 20 yaşlı oyunçu Premyer Liqada debüt edib. O, "Neftçi"nin heyətində l Divizionda 8 qol vurub.
Mahmudovun gələn tur "Sumqayıt"a qarşı oynayıb-oynamayacağı bilinmir. Əvəzində Mert Çelik qarşıdakı görüşü buraxmalı olacaq. Səbəb gənc müdafiəçinin "Səbail"lə görüşdə sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir.
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və "Neftçi" 4:0 hesabı ilə öndədir.