"Neftçi"nin keçmiş futbolçusunun klubu Avropa Liqasında

"Neftçi"nin keçmiş futbolçusunun klubu Avropa Liqasında Futbol üzrə Ukrayna Kubokunda avrokuboklara son vəsiqənin sahibi müəyyənləşib.
Futbol
30 İyul , 2020 00:59
Neftçinin keçmiş futbolçusunun klubu Avropa Liqasında

Futbol üzrə Ukrayna Premyer Liqasında avrokuboklara son vəsiqənin sahibi müəyyənləşib. 

"Report"un məlumatına görə, Avropa Liqasında iştirak hüququ verən həlledici qarşılaşmada "Kolos" və "Mariupol" komandaları üz-üzə gəlib. Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunmuş qarşılaşma "Kolos"un qələbəsi ilə yekunlaşıb - 1:0. Əsas vaxtda qapılara qol vurulmayıb. Əlavə vaxtın 5-ci dəqiqəsində Denis Antyuxun zərbəsi dəqiq olub. 

Qalib komandanın heyətində "Neftçi"nin sabiq müdafiəçisi Kirilo Petrov da yer alıb. Təcrübəli futbolçu meydana 57-ci dəqiqədə daxil olub. 

Tarixi nailiyyətə imza atan "Kolos" Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən komanda püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. 

Son xəbərlər

Orphus sistemi