"Neftçi"nin futbolçusu Mamadu Kane Qvineya millisinə dəvət alıb.
"Report" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Ruanda ilə yoldaşlıq, Malavi, Seneqal və Zimbabve ilə isə Afrika Millətlər Kubokunun B qrupunun oyunlarına çağırılıb.
Sınaq matçları yanvarın 2-si və 6-da, qrup qarşılaşmaları, müvafiq olaraq, 10, 14 və 18 yanvarda keçiriləcək.
Qeyd edək ki, Mamadu Kane müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdur.