"Bir ildən sonra ailəmi görmək xoş oldu. Onlarla vaxt keçirmək çox yaxşıdır. Bu, bizim üçün vacib idi. Artıq istirahət dövrü geridə qalıb, işimizin başındayıq".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mamadu Mboc klubun televiziyasına açıqlamasında deyib.
Komandasının təlim-məşq toplanışını dəyərləndirən seneqallı müdafiəçi hazırlıq prosesinin yaxşı keçdiyini bildirib: "Məşqçilər xüsusi plan vermişdi. Formada qalmaq üçün həmin proqram əsasında məşq edirdik. Artıq hazırlığın növbəti mərhələsi gedir".
28 yaşlı oyunçu cari mövsümdəki hədəflərini də açıqlayıb: "Mövqeyimizi qoruyub, çempion olmaq istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik".