"İnanmaq istəyirik ki, onun gəlişi bizə neçə ildir istədiyimiz çempionluğu qazanmağa kömək edəcək".
"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev yaponiyalı futbolçusu Keysuke Hondanın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, çempionatın qalan 8 oyunu yaponiyalı futbolçu üçün də uğurlu alına bilər: "Ona görə Hondaya uğurlar. Azərbaycana bu səviyyədə nə qədər çox futbolçu gəlsə, yaxşı olar. Təbii ki, "Neftçi" ölkənin ən titullu klubudur. O da bilir ki, hara gəlir və kimin yanına gəlir. Bizim azarkeşlərin yanına gəlir. Bizə 8 oyunda kömək etsə, çempion olsaq, yayda yeni müqavilə barədə danışa bilərik".