"Neftçi"nin qapıçısının son durumu açıqlanıb

"Neftçi"nin qapıçısının son durumu açıqlanıb "Qapıçı Aqil Məmmədovun səhhətində problemlər var idi. Çempionlar Liqasında "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu".
Futbol
3 Avqust , 2021 23:17
Neftçinin qapıçısının son durumu açıqlanıb
Aqil Məmmədov

"Qapıçı Aqil Məmmədovun səhhətində problemlər var idi. Çempionlar Liqasında "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiyanın HİK klubu ilə heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qolkiperin neçə gün məşq etmədiyini bildirib: "Bu gün onların haqqında nəsə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".

Abasov Məmmədovla yanaşı kapitan Emin Mahmudovun da durumunun ürəkaçan olmadığını söyləyib.

Qeyd edək ki, HİK-lə matçın 17-ci dəqiqəsində Aqil Məmmədovun yerinə meydana Kamran İbrahimov daxil olub.

Son xəbərlər

Orphus sistemi