Keysuke Honda: "Müharibəni dayandırmağın yolu var"

Keysuke Honda: "Müharibəni dayandırmağın yolu var" "Mən inanıram ki, müharibəni dayandırmağın yolu var, hansı ki, bunu tariximiz ərzində heç vaxt görməmişik"
Futbol
2 Mart , 2022 11:40
Keysuke Honda: Müharibəni dayandırmağın yolu var

"İnanıram ki, müharibəni dayandırmağın yolu var, hansı ki, tariximiz ərzində bunu heç vaxt görməmişik. Amma həmin yol zorakılıq deyil".

"Report" xəbər verir ki, bunu hazırda Litvanın "Suduva" klubunda çıxış edən "Neftçi"nin sabiq futbolçusu Keysuke Honda şəxsi tviter hesabında yazıb.

36 yaşlı yaponiyalı yarımmüdafiəçi müharibənin əleyhinə olduğunu bildirib: "İkinci Dünya Müharibəsi bizə nə öyrətdi? Azadlıq və bərabərliyimizi müharibəsiz əldə edə bilmərikmi? İnsan həyatından vacib heç nə yoxdur".

Qeyd edək ki, Keysuke Honda 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi