"Neftçi"nin yeni hücumçusu Bakıya gəldi

"Neftçi"nin yeni hücumçusu Bakıya gəldi "Neftçi" Bolqarıstanın MOİK (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədov artıq Bakıdadır
Futbol
16 Fevral , 2021 13:35
Neftçinin yeni hücumçusu Bakıya gəldi

"Neftçi" Bolqarıstanın MOİK (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədov artıq Bakıdadır.

Bu barədə "Report"a klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, bolqarıstanlı hücumçu sabah tibbi müayinədən keçəcək. Allahverdiyev bildirib ki, 26 yaşlı forvardın Premyer Liqanın XVI turunun "Qəbələ" ilə ev oyununda meydana çıxıb-çıxmayacağı onun fiziki durumundan asılı olacaq və son qərarı məşqçilər heyəti verəcək.

Qeyd edək ki, "Neftçi" milliyyətcə türk olan Əhməd Əhmədovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vurub.

Son xəbərlər

Orphus sistemi