"Neftçi"yə keçdiyim üçün çox sevinirəm. Hesab edirəm ki, bu, özümü göstərmək üçün yaxşı fürsət olacaq".
"Report" "Brila.net" saytına istinadən xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Yusuf Laval dünən klubla müqavilə imzaladıqdan sonra deyib.
Azərbaycan Premyer Liqası barədə də danşan 22 yaşlı vinger çempionatın səviyyəsinin yaxşı olduğunu bildirib: "Hər gün məşqə çıxmağı səbirsizliklə gözləyirəm. Çünki bu komanda və baş məşqçi üçün meydanda mübarizəyə hazır olmaq istəyirəm".
"Neftçi" Lavalla 2+1 il müddətinə müqavilə bağlayıb.
Qeyd edək ki, ilk klubu "Lions” (Nigeriya) olan Yusuf Laval 2017 - 2020-ci illər ərzində Belçikanın "Lokeren” klubunun heyətində 22 oyun keçirib.