"Neftçi" protokol qaydalarını pozduğu üçün cərimələnib

"Neftçi" protokol qaydalarını pozduğu üçün cərimələnib “Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunur.
Futbol
18 Avqust , 2021 12:54
Neftçi protokol qaydalarını pozduğu üçün cərimələnib

AFFA İntizam Komitəsi "Neftçi"ni cərimələyib.

"Report" xəbər verir ki, buna "ağ-qaralar"ın "Qəbələ"yə qarşı Azərbaycan Premyer Liqasının ilk turunda protokol qaydalarını pozması səbəb olub.

Paytaxt təmsilçisinin 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Bakcell Arena"dakı görüş 2:2 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi