Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun növbəti iki oyununun təyinatları müəyyənləşib.
"Report" xəbər verir ki, “Neftçi” – “Qəbələ” matçı İnqilab Məmmədova, “Keşlə” – “Zirə” dueli isə FIFA referisi Elçin Məsiyevə tapşırılıb.
20 fevral (şənbə)
16:00. “Keşlə” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”
18:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”