"Neftçi" Sloveniyada ilk məşqinə çıxdı

"Neftçi" Sloveniyada ilk məşqinə çıxdı "Neftçi" yeni mövsümün hazırlığını davam etdirir.
Futbol
19 İyun , 2021 15:54
Neftçi Sloveniyada ilk məşqinə çıxdı

"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

“Ağ-qaralar”ın səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.

“Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Flaqman iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib.

Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-si Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"da olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi