Neymar DÇ-2022-dən sonra Braziliya yığması ilə vidalaşmaq istəyir

Neymar DÇ-2022-dən sonra Braziliya yığması ilə vidalaşmaq istəyir "Qarşıdakı dünya çempionatında yaxşı çıxış etmək və yığma ilə qalib olaraq, uşaqlıq arzumu gerçəkləşdirmək üçün hər şeyi edəcəyəm"
Futbol
10 Oktyabr , 2021 16:07
Neymar DÇ-2022-dən sonra Braziliya yığması ilə vidalaşmaq istəyir
Neymar

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya yığmasındakı karyerasını 2022-ci il dünya çempionatından sonra başa vurmaq istəyir.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu DAZN nəşrinə müsahibəsində DÇ-2022-nin yığma karyerasında sonuncu mundial olacağını etiraf edib.

O, futbola davam etməyə güc və ruhunun çatacağını bilmədiyini söyləyib: "Qarşıdakı dünya çempionatında yaxşı çıxış etmək və yığma ilə qalib olaraq, uşaqlıq arzumu gerçəkləşdirmək üçün hər şeyi edəcəyəm. Ümidvaram ki, bizdə hər şey alınacaq".

Neymar Braziliya millisində 2010-cu ildən çıxış edir. O, 2016-cı ildə olimpiya çempionu, 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi