Neymar zədələnməsini şərh edib: Güclü qıcolma hiss etdim

Neymar zədələnməsini şərh edib: Güclü qıcolma hiss etdim "Mən qıcolma hiss etdim, amma çox güclü idi”.
Futbol
5 Noyabr , 2024 06:11
Neymar zədələnməsini şərh edib: Güclü qıcolma hiss etdim

"Mən qıcolma hiss etdim, amma çox güclü idi”.

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu Neymar AFC Çempionlar Liqasında "Esteqlal"la matçda (3:0) zədələnməsindən bəhs edərkən bildirib.

“Analizlər verəcəyəm və ümid edirəm ki, qorxulu heçnə yoxdur. Bir ildən sonra bu normaldır. Həkimlər artıq məni xəbərdar ediblər. Buna görə diqqətli olmalı və daha çox oynamalıyam", - Neymar bildirib.

Qeyd edək ki, hücumçu 57-ci dəqiqədə meydana çıxıb və 86-cı dəqiqədə əllərini budunun arxasından tutaraq meydançanı tərk edib.

Neymar üçün "Esteqlal"la oyun uzun fasilədən sonra ikinci olub. Qeyd edək ki, braziliyalı ağır zədə səbəbindən bir ildən çox vaxt itirib.

Son xəbərlər

Orphus sistemi