PSJ klubunun futbolçusu Neymar üçün "Monpelye"yə qarşı Fransa Liqa 1-in XXI tur matçı əlamətdar olub.
"Report"un məlumatına görə, braziliyalı hücumçu Paris komandasının heyətində 100-cü oyununa çıxıb. 28 yaşlı forvard 60-cı dəqiqədə fərqlənib. Görüş PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Digər qolları 32-ci və 63-cü dəqiqələrdə Kilian Mbappe, 61-ci dəqiqədə Mauro İkardi vurub. 17-ci dəqiqədə "Monpelye"nin qapıçısı Yonas Omlin Mbappeyə qarşı kobud oyunu səbəbindən birbaşa qırmızı vərəqə alıb.
Neymar PSJ-yə 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avroya keçib. Bu, futbol tarixinə ən bahalı transfer kimi düşüb.
"Sambaçı" Paris komandasında oyunlarından 61-ni Liqa 1-də, 25-ni Çempionlar Liqasında, 6-nı Fransa Kubokunda, 4-nü Fransa Liqa Kuboku və 2-ni Fransa Super Kubokunda keçirib. O, 100 oyuna 81 qol vurub.
Qeyd edək ki, bu qələbədən sonra PSJ xalını 45-ə çatdıraraq, vahid liderə çevrilib. "Monpelye" isə 28 xalla 11-cidir.