Braziliyalı futbolçu Neymar Fransanın PSJ klubu ilə müqaviləsinin müddətini uzadıb.
"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komandası ilə 4 illik yeni sözləşmə imzalayıb.
Təcrübəli forvard bu mövsüm oynadığı 27 matçda 15 qol vurub.
Qeyd edək ki, Neymar “PSJ”yə 2017-ci ildə “Barselona”dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Onun klubla yeni müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.