Neymarın "Barselona"ya qayıda biləcəyi vaxt açıqlandı

Neymarın "Barselona"ya qayıda biləcəyi vaxt açıqlandı Fransanın PSJ klubunda çıxış edən ulduz futbolçu Neymarın İspaniya "Barselona"sına nə vaxt qayıda biləcəyi açıqlanıb.
Futbol
16 Dekabr , 2020 10:45
Neymarın Barselonaya qayıda biləcəyi vaxt açıqlandı
Neymar
0 : 00
0 : 00

Fransanın PSJ klubunda çıxış edən ulduz futbolçu Neymarın İspaniya "Barselona"sına nə vaxt qayıda biləcəyi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisində prezidentliyə namizəd Emili Russo AS-a açıqlamasında deyib.

O bildirib ki, 28 yaşlı hücumçu ilə əlaqə qurublar: "Neymar Messi ilə yenidən birlikdə oynamaq istədiyini söylədi. O, "Barselona"ya qayıtmaq istəyini nəzərdə tuturdu. İndi onun transfer məbləğini ödəyə bilmərik. Bu səbəbdən, geri qayıdışı müqaviləsi bitdikdən sonra baş verə bilər".

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Onun paytaxt klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi