"Bu, anti-futboldur. Yeddi qol vurmağımızdan razı qaldım, amma hər dəfə futbolçularımız rəqibin oyunçularına toxunanda onlar yerə yıxılırdılar".
"Report"un məlumatına görə, bu fikirləri Niderland yığmasının baş məşqçisi Frank De Bur səfərdə Cəbəllütariq yığmasına 7:0 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə oyunundan sonra deyib.
51 yaşlı mütəxəssis rəqibin belə oynayacağını gözlədiyini sözlərinə əlavə edib: "Bu, sadəcə bezdiricidir. Qapıçı az qala topu oyuna bir dəqiqəyə daxil edir. Şadam ki, oyun başa çatdı".
Qeyd edək ki, Niderland seçməsi 3 oyundan sonra G qrupunda 6 xalla ikinci sıradadır. Qrupa 7 xalla Türkiyə yığması başçılıq edir.