Ukraynada bu kluba azarkeşlərlə oynamağa icazə verildi

Ukraynada bu kluba azarkeşlərlə oynamağa icazə verildi Qarşılaşma aprelin 17-də gerçəkləşəcək
Futbol
14 Aprel , 2021 18:25
Ukraynada bu kluba azarkeşlərlə oynamağa icazə verildi

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Minay" komandasının "Desna" ilə Premyer Liqanın XXII turunun ev oyunu azarkeşlərlə keçirəcək.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, matçın oynanılacağı "Avanqard" stadionunda ümumi azarkeş tutumunun (12 000) 50 faizi qədər tamaşaçının iştirakına icazə verilib.

Qarşılaşma aprelin 17-də gerçəkləşəcək.

"Minay" hazırda ölkə çempionatında doğma meydandakı matçlarına azarkeş buraxılan yeganə komandadadır. Daha əvvəl bəzi klubların ev oyunlarında tamaşaçılar iştirak etsə də, sonradan koronavirusa yoluxma sayının artması səbəbindən onların stadiona girişinə qadağa qoyulub.

Qeyd edək ki, hazırda 15 xalla 14 komanda arasında sonuncu olan "Minay" klubunda Nuriyevlə yanaşı, digər azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə də çıxış edir.

Son xəbərlər

Orphus sistemi