"Qələbə münasibətilə komandamı təbrik edirəm. Heyətdəki itkilərə baxmayaraq, qələbə qazandıq. Məcburiyyyətdən heyətdə rotasiyalar etmişdik. Sevindirici haldır ki, dəyişikliklər müsbət nəticəsini verdi. Bu oyun gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Sabit heyətimiz var. Bunun sayəsində Bakıda lazım olan nəticəni əldə etdik".
"Report"un məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins Bakıda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis təcrübəli rəqibə qarşı oynadıqlarını bildirib: "Neftçi"nin heyətində yaxşı futbolçular var. Rəqibin heyətində kapitan Emin Mahmudov, Yusuf Laval, Harramiz Soareş və Mamadu Kaneni qeyd edərdim. Hər iki matçda bizə çətin anlar yaşatdılar. Xüsusilə son ikisi bizə yaxşı tanışdır. Bu görüş hazırlıq baxımından da yaxşı oldu".