"Omoniya" klub rəsmisinə sui-qəsd təşkil edənin tapılması üçün mükafat ayırıb

"Omoniya" klub rəsmisinə sui-qəsd təşkil edənin tapılması üçün mükafat ayırıb "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sı klubun vitse-prezidenti Dmitris Qriqorisə qarşı hücum təşkil edən şəxsin tapılması istiqamətində maraqlı addım atıb
Futbol
1 Noyabr , 2021 15:17
Omoniya klub rəsmisinə sui-qəsd təşkil edənin tapılması üçün mükafat ayırıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sı klubun vitse-prezidenti Dmitris Qriqorisə qarşı hücum təşkil edən şəxsin tapılması istiqamətində maraqlı addım atıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Nikosiya təmsilçisi naməlum cinayətkarın həbsinə kömək edəcək şəxsə 100 000 avro mükafat vəd edib.

Klub sui-qəsdçi barədə hər hansı məlumata sahib olan şəxslərdən vəkilin elektron ünvanına məktub yazmağı xahiş edib. "Omoniya" məlumatların anonimliyinin qorunacağına təminat verib.

Hadisə ötən ayın sonlarında baş verib. Naməlum şəxs Qriqorisin evinin girişində benzinlə dolu qabı alışdırıb. Nəticədə güclü partlayış olub və evin hasarına ciddi ziyan dəyib. Klub rəsmisi və ailəsi isə xəsarət almayıb.

Qeyd edək ki, "Qarabağ" H qrupundakı ikinci oyununu "Omoniya"ya qarşı keçirib. Nikosiyadakı görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ikinci qarşılaşma noyabrın 25-də Nikosiyada olacaq.

Son xəbərlər

Orphus sistemi