"Omoniya"nın baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

"Omoniya"nın baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik" "Bu görüşün nəticəsinin "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram. Hazırda bu barədə düşünmürük"
Futbol
27 Sentyabr , 2021 11:27
Omoniyanın baş məşqçisi: Qarabağla oyunu səbirsizliklə gözləyirik
Henninq Berq

"Bu görüşün nəticəsinin "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram. Hazırda bu barədə düşünmürük".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq çempionatın IV turunda "Pafos"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.

52 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsinin II turundakı matça köklənmək istədiklərini bildirib: "Komandamızın müdafiədə yaxşı olduğunu düşünürəm, hücumda isə daha kəsərli olmalıyıq. "Qarabağ"la oyunu səbrsizliklə gözləyirik".

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi