Paris olimpiadası üçün Fransaya gedən əfsanəvi futbolçu qarət olunub

Paris olimpiadası üçün Fransaya gedən əfsanəvi futbolçu qarət olunub Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib.
Futbol
26 İyul , 2024 15:54
Paris olimpiadası üçün Fransaya gedən əfsanəvi futbolçu qarət olunub

Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib.

"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan 71 yaşlı keçmiş yarımmüdafiəçinin 500 min avro dəyərində portfeli oğurlanıb.

O, iyulun 25-də sözügedən şəhərdə taksiyə minib. Naməlum şəxs sürücünün yanına qaçaraq onun diqqətini yayındırıb. Bu zaman digər cinayətkar Zikonun portfelini götürüb və qaçıb.

Çantada bahalı saat, brilyantlar, nağd pul və müxtəlif zinət əşyaları olub. Parisin hüquq-mühafizə orqanları işlə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi